Məşhur fransız dünya çempionatını buraxma riski ilə üzləşdi.

14 Oktyabr 2022 18:20 Fransa 673
Məşhur fransız dünya çempionatını buraxma riski ilə üzləşdi.

“Çelsi”nin yarımmüdafiəçisi Nqolo Kante yenidən zədələnib.

Sportinfo.az xəbər verir ki, keçən həftə dizindəki zədənin təkrarlanmasından sonra Kante bir neçə həftə yaşıl meydanlardan kənarda qalmalıdır.

Beləliklə, futbolçu 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatını buraxma riski ilə üzləşib.

Fransa millisinin baş məşqçisi Didye Deşam 2022-ci il dünya çempionatı üçün heyəti noyabrın 9-da açıqlamalıdır.

Kante sonuncu dəfə avqustun 14-də meydana çıxıb.

Daha əvvəl mediada “Çelsi”nin Kante ilə müqaviləni yeniləmək niyyətində olmadığı barədə məlumatlar yayılmışdı.

London klubunun səbəblərindən biri də fransalı yarımmüdafiəçinin tez-tez zədələnməsidir. Kante 2022/2023 mövsümündə cəmi iki oyun keçirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti