PSJ-nin ulduzları Mbappedən niyə narazıdır?

14 Oktyabr 2022 01:40 Fransa 606
PSJ-nin ulduzları Mbappedən niyə narazıdır?

PSJ-nin bəzi futbolçuları klubla yeni müqavilə imzaladıqdan sonra xüsusi status qazanan Kilian Mbappedən narazıdır.

Sportinfo.az xəbər verir ki, kapitan Markinyos və ispanca danışan bir neçə oyunçu fransalı forvarda qarşı Neymar və Lionel Messini dəstəkləyir.

Bundan əlavə futbolçular Mbappenin məşqlərdəki davranışlarından da məmnun deyil. 23 yaşlı hücumçunun bəzən məşqlərdə güldüyü, bəzən isə hər kəslə ciddi olduğu bildirilir.

Daha əvvəl Mbappeni dəstəkləyən Əşrəf Hakimi, Hüqo Ekitike və Nordi Mukiele də artıq ondan uzaqlaşıblar.

Kilian Mbappenin qışda PSJ-də ayrılmaq istədiyi iddia edilir. Onun Paris təmsilçisi ilə müqaviləsinin müddəti 2025-ci ilin yayına kimidir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti