Uğursuz erməni baş məşqçini istefaya göndərdilər

12 Oktyabr 2022 10:20 Fransa 1 479
Uğursuz erməni baş məşqçini istefaya göndərdilər

"Brest"də baş məşqçi istefası gerçəkləşib.

Sportinfo.az xəbər verir ki, Liqa 1 təmsilçisi Mişel Ter-Zakaryanla yollarını ayırıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Erməni mütəxəssis komandanın uğursuz nəticələrinə görə istefaya göndərilib. Belə ki, "Brest" Fransa çempionatında 10 turdan sonra 6 xal toplayıb və turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Mişel Ter-Zakaryan 2021-ci ilin iyun ayından "Brest"in baş məşqçisi vəzifəsini icra edirdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti