Bakıda rüsvay oldular, Liqa 1-də 19-cu pilləyə yuvarlandılar

10 Oktyabr 2022 03:10 Fransa 1 561
Bakıda rüsvay oldular, Liqa 1-də 19-cu pilləyə yuvarlandılar

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Nant" Fransa Liqa 1-də növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Antuan Kambuarenin baş məşqçi olduğu komanda X turda "Renn"in qonağı oub.

Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Ardıcıl 5 oyundur qaib gələ bilməyən "Nant" 7 xalla 19-cu pilləyə geriləyib.

"Qarabağ" Fransa təmsilçisinə qarşı ilk oyununu II turda Bakıda keçirib və 3:0 hesablı qələbə qazanıb. Komandalar arasında ikinci görüş oktyabrın 27-də səfərdə olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti