Öncə "Qarabağ"dan, indi də "Monako"dan… VİDEO

3 Oktyabr 2022 01:10 Fransa 369
Öncə "Qarabağ"dan, indi də "Monako"dan… VİDEO

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Nant" Liqa 1-in IX turunda səfərdə "Monako"ya böyük hesabla uduzub.

Sportinfo.az xəbər verir ki, "Lui II" stadionunda oynanılan qarşılaşma qonaqların 1:4 hesablı məğlubiyyəti ilə başa çatıb.

Meydan sahiblərindən 2-ci dəqiqədə Brel Embolo, 6, 28 və 62-ci dəqiqələrdə Vissam Ben-Yedder fərqlənib.

Antuan Kambuarenin baş məşqçi olduğu kollektivin yeganə qolunu isə 79-cu dəqiqədə Kayo Enrike öz qapısından keçirib.

Bu nəticədən sonra xallarını 17-yə çatdıran "Monako" 5-ci pilləyə yüksəlib. 7 xalı olan Nant şəhərinin eyniadlı təmsilçisi isə 16-cı sırada qalıb.

"Qarabağ" "Nant"la Bakıdakı oyunda 3:0 hesablı qələbə qazanıb. Komandalar arasında V tur oyunu oktyabrın 27-də Fransada olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı