Mbappe nədən narazıdır?

1 Oktyabr 2022 21:40 Fransa 346
Mbappe nədən narazıdır?

PSJ-nin hücumçusu Kilian Mbappe Paris klubunun transfer siyasətindən narazıdır.

Sportinfo.az xəbər verir ki, PSJ-nin yay transfer pəncərəsində böyük keçidə imza atmaması 23 yaşlı fransalı forvardı qane etməyib.

Eyni zamanda, komandanın baş məşqçisi Kristof Qalte də oxşar fikir bildirərək, klubun hücumu gücləndirmək üçün fərqli tipli futbolçu ilə müqavilə imzalamaq istədiyini deyib.

Lakin bu, baş tutmayıb.

Mbappe bu mövsüm PSJ-nin heyətində bütün yarışlarda 9 matçda 10 qol vurub. Onun klubla müqaviləsi 30 iyun 2025-ci ilə qədərdir.

PSJ Liqa 1-in 8 turundan sonra 22 xal toplayıb və turnir cədvəlində 1-ci yerdədir.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"