"Qarabağ"ın qapısına yol tapmayan eks "Qalatasaray"lını ən yaxşı seçdilər

30 Sentyabr 2022 03:20 Fransa 1 241
"Qarabağ"ın qapısına yol tapmayan eks "Qalatasaray"lını ən yaxşı seçdilər

Avropa Liqasının qrup mərhələində "Qarabağ"ın rəqibi olan "Nant"da sentyabr ayının ən yaxşı oyunçusu məlum olub.

Sportinfo.az xəbər verir ki, Fransa təmsilçisində ayın ən yaxşısı adına Mustafa Məhəmməd layiq görülüb.

Misirli forvard azarkeşlər arasında keçirilən sorğuda hər kəsi qabaqlayıb.

"Nant" Mustafa Məhəmmədi "Qalatasaray"dan mövsümün sonuna kimi icarəyə götürüb. 25 yaşlı hücumçu Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 8 matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

"Qarabağ" Bakıda keçirilən oyunda "Nant"ı 3:0 hesabı ilə məğlub edib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"