"Bütün yaxşı şeylərin sonu var, peşəkar karyeram başa çatır"

28 Sentyabr 2022 10:00 Fransa 645
"Bütün yaxşı şeylərin sonu var, peşəkar karyeram başa çatır"

"Çelsi"nin sabiq futbolçusu Con Obi Mikel karyerasını bitirib.

Sportinfo.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi bunu sosial şəbəkə hesabında yazıb:

“Bütün yaxşı şeylərin sonu var. Peşəkar karyeram bu gün başa çatır. 20 illik fəaliyyətimdə əldə etdiklərimdən çox razıyam”,

Nigeriya millisinin sabiq üzvü 2006-2017-ci illərdə "Çelsi"də çıxış edib. O, "Midlsbro" "Stok Siti", "Trabzonspor"da da oynayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti