"Kərim bu mükafatı alsa, çox sevinərəm, çox yaxşı şansı var"

27 Sentyabr 2022 00:20 Fransa 480
"Kərim bu mükafatı alsa, çox sevinərəm, çox yaxşı şansı var"

Fransa millisinin baş məşqçisi Didye Deşam "Qızıl top"u yığmanın futbolçusu Kərim Benzemanın qazanmasını istəyir.

Sportinfo.az xəbər verir ki, bu barədə o, öz açıqlamasında bildirib. Deşam deyib:

“Ümid edirəm ki, Benzema "Qızıl top"u qazanacaq. Çünki o, buna layiqdir. Benzema mövsüm ərzində "Real"la vacib kuboklar qazanıb.

Onun millidə etdiklərini də nəzərə alaq, "Qızıl top"a layiqdir. Bir neçə ildir ki, Benzema dünyanın ən yaxşı hücumçularından biridir.

Düşünürəm ki, onun çox yaxşı şansı var. Kərim bu mükafatı alsa, çox sevinərəm. Təbii ki, bu, dünya çempionatında bizim üçün üstünlük olacaq”.

"Qızıl top"un qalibinin adı oktyabrın 17-də keçiriləcək mərasimdə açıqlanacaq.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"