"“Oyunçular həmişə mənim yanımda olublar, bəlkə də siz bunu bilmirdiz"

26 Sentyabr 2022 10:20 Fransa 394
"“Oyunçular həmişə mənim yanımda olublar, bəlkə də siz bunu bilmirdiz"

PSJ-nin və Fransa millisinin hücumçusu Kilian Mbappe Fransa Futbol Federasiyası ilə münaqişənin səbəblərini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, o, tənqidləri qəbul etməyin yaxşı bir şey olduğunu vurğulayıb:

“Oyunçular həmişə mənim yanımda olublar, bəlkə də, siz bunu bilmirdiz. Əvvəldən bu, biznesə kollektiv yanaşma idi.

Komanda yoldaşlarım üçün mübarizə aparmaqda heç bir problemim yoxdur.

Tənqidləri qəbul etmək yaxşıdır, amma bu mənim oyun tərzimi və ya yanaşmamı dəyişməyəcək. Federasiya bir qrup oyunçuya istədiklərini əldə etməyə kömək edə bilərsə, önəmli olan budur”.

Fransa Futbol Federasiyası milli komandanın futbolçularının imic hüquqları ilə bağlı müqaviləyə yenidən baxacaq.

Daha əvvəl 23 yaşlı fransalı forvardın federasiya ilə imic hüquqları ilə bağlı fikir ayrılığına görə millinin fotosessiyasında iştirakdan imtina etdiyi bildirilirdi.

Digər Xəbərlər
Xəbər Lenti