Müdafiəçi transfer etdilər

24 Sentyabr 2022 03:20 Fransa 717
Müdafiəçi transfer etdilər

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Nant" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, Fransa klubu "Mets"dən müdafiəçi Fabyen Santonzu transfer edib.

27 yaşlı sağ cinah müdafiəçisi ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Fabyen Santonz "Mets"ə 2019-cu ilin yayında "Lans"dan transfer olunmuşdu. Fransalı müdafiəçi komandanın heyətində meydana çıxdığı 91 matçda 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

"Qarabağ" qrup mərhələsinin ikinci turunda Bakıda "Nant"ı 3:0 hesabı ilə məğlub edib. Komandalar arasında ikinci oyun oktyabrın 27-də Fransada olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti