Bakıda "Qarabağ"dan 3 qol buraxdı, yığmaya çağırıldı - Məşhur qapıçının yerinə

20 Sentyabr 2022 13:20 Fransa 1 173
Bakıda "Qarabağ"dan 3 qol buraxdı, yığmaya çağırıldı - Məşhur qapıçının yerinə

Fransa yığması UEFA Millətlər Liqasının oyunlarından əvvəl itki ilə üzləşib.

Sportinfo.az xəbər verir ki, "Tottenhem"də çıxış edən komandanın əsas qapıçısı Uqo Lyoris zədələnib.

36 yaşlı oyunçunun yerinə yığmaya "Nant" klubundan Alban Lyafon çağırılıb.

Sentyabrın 22-də Avstriyanı qəbul edəcək son dünya çempionu 3 gün sonra Danimarkanın qonağı olacaq.

Alban Lyafon "Qarabağ"ın Bakıda "Nant"ı 3:0 hesabı ilə məğlub etdiyi UAvropa Liqasının qrup mərhələsinin II tur oyununda iştirak edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti