Hafiz Məmmədovun keçmiş klubu "Qarabağ"ın rəqibini büdrətdi

19 Sentyabr 2022 01:20 Fransa 494
Hafiz Məmmədovun keçmiş klubu "Qarabağ"ın rəqibini büdrətdi

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Nant" Fransa Liqa 1-də növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Antuan Kambuarenin baş məşqçi olduğu komanda VIII turda "Lans"ı qəbul edib.

Vaxtilə azərbaycanlı iş adamı Hafiz Məmmədova məxsus olmuş «Lans»la qarşılaşma qolsuz bərabərliklə başa çatıb.

Bu nəticədən sonra xallarının sayını 7-yə çatdıran "Nant" 15-ci pillədə qərarlaşıb. 18 xala malik "Lans" isə 4-cü sıradadır.

"Qarabağ" qrup mərhələsinin II turunda Bakıda "Nant"ı 3:0 hesabı ilə məğlub edib. Komandalar arasında V tur oyunu oktyabrın 27-də Fransada olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu