Fransa mediası “Qarabağ“a uduzan “Nant”a qarşı…

18 Sentyabr 2022 21:20 Fransa 2 333
Fransa mediası “Qarabağ“a uduzan “Nant”a qarşı…

“Nant”ın “Qarabağ”a məğlubiyyəti (0:3) komandanın azarkeşləri tərəfindən əsəb və qəzəb hissi ilə qarşılandı.

Düşünmək olardı ki, Fransa mətbuatında çalışan həmkarlarımız dünya və Avropa çempionu olmuş ölkənin təmsilçisinin Azərbaycan klubu “Qarabağ”a yenilgisini “daş-qalaqla” qarşılayacaq.

Bu məqsədlə sözügedən ölkənin aparıcı idman saytlarına göz gəzdirdik. Nə tənqidi, nə köşə, nə də təhlil yazısına rast gəldik.

“Ekip”, “Footmercato”, “Eurosport”, “France football” kimi saytlarda “Nant”la “Qarabağ”ın adını axtarışa verəndə, təbii ki, oyunla bağlı müəyyən yazılara rast gəlmək olur.

Amma məqalələrin içində xüsusi heç nə yoxdur. Başlıqlar təxminən “Nant” Bakıda “Qarabağ”a uduzdu” xarakterlidir.

Yazıların məğzi isə Fransa klubunun Bakıdakı oyuna sürətli və təhlükəli başlamasından, “Qarabağ”ın ikinci hissədə sürəti artırmasından və lazım olan qolları vurmasından, “Nant”ın xal sayını artıra bilməyin 3-cü pilləyə yuvarlanmasından ibarətdir.

Görünür, Fransada klublara münasibətdə ikili standart hökm edir. “Qarabağ”a “Nant” yox, PSJ, “Marsel”, yaxud “Monako” məğlub olsaydı, inanmıram indiki reaksiya onlara qarşı da olardı.

Nant təmsilçisinin 21 illik fasilədən sonra avrokuboklarda iştirak etməsi, son illər Fransada heç də aparıcı klubardan biri kimi qəbul olunmaması da, çox güman, səbəblərdəndir.

Azərbaycan klublarından hansısa biri Avropada futbol ölkəsi kimi tanınmayan dövlətin komandasına böyük hesabla uduzsaydı, idman jurnalistləri öz yazıları ilə həmin komandanı Bakıya qayıtmağa peşman edərdi.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"