“Messidən klubda üç il qala bilib-bilməcəyini soruşdum"

18 Sentyabr 2022 01:40 Fransa 340
“Messidən klubda üç il qala bilib-bilməcəyini soruşdum"

PSJ-nin direktoru Luis Kampos futbolçusu Lionel Messi haqqında danışıb.

Sportinfo.az xəbər verir ki, o, 35 yaşlı hücumçunu tərifləyib:

“Messidən çox razıyam. Ondan klubda üç il qala bilib-bilməcəyini soruşdum. Messi Barselonanın simvoludur.

O, başqa şəhərə, fərqli futbola gəldi. Buraya uyğunlaşmaq Messinin vaxtını aldı.

Bu mövsüm bizdə yaxşı səviyyəyə çatmaq üçün daha çox iş görən Messi var. O, burada xoşbəxtdir”.

Messi ötən ilin yayından PSJ-də oynayır.

Digər Xəbərlər
Xəbər Lenti