PSJ Serxio Ramosla müqavilə müddətini uzadacaq.
Sportinfo.az xəbər verir ki, Paris klubu artıq ispaniyalı ilə yeni müqavilə haqda danışıb.
Klubun idman direktoru Luis Kampos məsələ haqda bu cür danışıb:
"Serxio Ramosun çıxışından razıyam. Əgər o, eyni həvəslə oynamağa davam edərsə..
.Niyə də olmasın? Ramos Lionel Messi kimi yaxşı mövsüm keçirir. Onunla müqavilə müddətini uzatmaq pis olmazdı".

