“Qarabağ”a “meydan oxudu”: “Hazırıq, qarşımıza qələbə tapşırığı qoymuşuq”

14 Sentyabr 2022 18:10 Fransa 918
“Qarabağ”a “meydan oxudu”: “Hazırıq, qarşımıza qələbə tapşırığı qoymuşuq”

Avropa Liqasının qrup mərhələsində keçiriləcək “Qarabağ” – “Nant” matçından öncə qonaq komandanın baş məşqçisi Antuan Kombuarenin mətbuat konfransı keçirilib.

Sportinfo.az xəbər verir ki, Fransa təmsilçisinin çalışdırıcısı sabah keçiriləcək oyunla bağlı jurnalistlərin suallarını cavablandırıb:

- Sabahkı oyundan əvvəl özünüzü necə hiss edirsiz?
- Ağır oyundu. Yaxşı komanda olduğumuzu sübut etməliyik. Bunun üzərində işləyirik. Qrafikimiz çətindi, amma yorğunluq bəhanə olmamalıdı. Sabah hamı meydanda tam qüvvəsi ilə mübarizə aparacaq.

- "Qarabağ"la oyunda öz gücünüzə inanırsınız? Rəqibin baş məqşçinin "xalqımız üçün oynayacağıq" deməsinə görə çəkinmirsiz?
- Heç vaxt azarkeşlərin oyunu udduğunu görməmişəm. Meydanda iki komanda qarşılaşacaq. "Qarabağ" məşhur komandadı. Başa düşürük, hazırki vəziyyətinə görə onlar iki qat motivasiya ilə oynayacaq. Onların böyük qələbələri olub. Amma bizim də öz hədəflərimiz var.

- "Qarabağ"da sizi daha çox narahat edən nədir?
- Onların nə qədər təcrübəli olduqlarını görmək üçün əvvəlki oyunlarına baxdıq. "Qarabağ" asanlıqla hücumlar təşkil edir. Çox qol vururlar. Biz onların hücumlarını dəf etməyə hazırıq.

- Xüsusi motivasiyanız var, yoxsa sizin üçün adi matçdır?
- Rəqibdə motivasiya yüksək olacaq. Bizim beynimizdə isə əlavə fikirlər yoxdu, ancaq qələbə haqda düşünürük. Bakıya futbol oynamağa gəlmişik.

- "Qarabağ"la "Lans" matçları arasında cəmi 48 saat vaxt olacaq. Necə hərəkət edəcəksiniz?
- Əsas matç “Qarabağ”a qarşıdı. Bundan sonra növbəti oyun haqda fikirləşəcəyik. Sabah qarşımıza qələbə tapşırığı qoymuşuq.

Digər Xəbərlər
Xəbər Lenti