"Nant"ın bundan artığına gücü çatmadı, Bakıya məğlub gəlirlər - VİDEO

12 Sentyabr 2022 00:40 Fransa 697
"Nant"ın bundan artığına gücü çatmadı, Bakıya məğlub gəlirlər - VİDEO

"Qarabağ"ın Avropa Liqasındakı rəqiblərindən olan "Nant" Fransa Liqa 1-də VII turun görüşünə çıxıb.

Sportinfo.az xəbər verir ki, Antuan Kombuarenin baş məşqçi olduğu kollektiv "Loryan"ın qonağı olub.

Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:2.

Hesabı 13-cü dəqiqədə qonaq komandadan İqnatius Qanaqo açıb. 19-cu dəqiqədə Uattara Danqo bərabərlik qolunu vurub.

60-cı dəqiqədə Yoann Katlin "Loryan"ın ikinci, 74-cü dəqiqədə İbrahima Kone üçüncü qolunu vurub. 85-ci dəqiqədə Mozes Simon fərqi azaltsa da, "Nant"ın bundan artığına gücü çatmayıb.

Bu nəticədən sonra xalını 16-ya çatdıran "Loryan" 4-cü pillədə qərarlaşıb. "Nant" isə 6 xalla 15-cidir.

"Qarabağ" "Nant"la sentyabrın 15-də Tofiq Bəhramov adına Respublika stadionunda üz-üzə gələcək. Görüş saat 20:45-də başlanacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı