Derbidə oynamasa, millinin düşərgəsinə getməyəcək - KƏRİM

11 Sentyabr 2022 21:40 Fransa 1 051
Derbidə oynamasa, millinin düşərgəsinə getməyəcək - KƏRİM

"Real"ın baş məşqçisi Karlo Ançelotti komandanın zədəli hücumçusu Kərim Benzema haqda danışıb.

Sportinfo.az xəbər verir ki, o deyib ki, Fransa millisinin üzvü Madrid derbisinə kimi sağalmasa, yığmanın UEFA Millətlər Liqasının heyətində yer almayacaq.

“Bəli, Kərim derbidə oynamasa, millinin düşərgəsinə getməyəcək. Onun bir az problemi var.

Keçən ilin dekabrında da onun zədəsi var idi və biz onun öhdəsindən gələcəyini bilirdik. İndi də eyni olacaq.

Komanda onsuz da oynaya bilər, biz bunu “Seltik”lə oyunda nümayiş etdirdik. Hazard həmin görüşdə yaxşı oynadı. Ümid edirəm ki, o, "Malyorka" ilə matçda bunu təkrarlaya bilər".

"Real"ın La Liqada "Atletiko" ilə oyunu sentyabrın 18-də keçiriləcək. Fransa millisi isə Millətlər Liqasında Avstriya (22 sentyabr) və Danimarka (25 sentyabr) ilə qarşılaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti