Azərbaycan klubuna böyük pullar qazandıran hücumçudan ilk… VİDEO

11 Sentyabr 2022 19:20 Fransa 1 940
Azərbaycan klubuna böyük pullar qazandıran hücumçudan ilk… VİDEO

"Qarabağ"dan 1,6 milyon avro qarşılığında "Sent-Etyen"ə keçən İbrahima Vadji Fransa klubunda qol hesabını açıb.

Sportinfo.az xəbər verir ki, seneqallı hücumçu Liqa 2-nin 8-ci turunda bu gün "Bordo" ilə keçirilən oyunda fərqlənib.

O, matçın 35-ci dəqiqəsində hesabı açıb. Vadji 2:0 hesabı ilə qalib gəldikləri oyunda 90 dəqiqə meydanda olub.

Vadji bundan əvvəlki turda "Pau" ilə oyunda "Sent-Etyen"də debüt edib və komandasına penalti qazandırıb.

"Sent-Etyen" hazırda 7 xalla 12-ci, "Bordo" isə 14 xalla liderdir.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"