"Nant"ın baş məşqçisi "Qarabağ"dan danışdı, "çox çətindir" söylədi

11 Sentyabr 2022 13:20 Fransa 704
"Nant"ın baş məşqçisi "Qarabağ"dan danışdı, "çox çətindir" söylədi

"Qarabağ"la oyun üçün səyahət çox çətindir"

Sportinfo.az xəbər verir ki, bunu "Nant"ın baş məşqçisi Antuan Kombuare Azərbaycan təmsilçisinə qarşı keçirəcəkləri Avropa Liqasının qrup mərhələsinin II tur oyunu ilə bağlı klubun rəsmi saytına müsahibəsində deyib.

59 yaşlı fransalı mütəxəssis bəzi məhdudiyyətlərin olduğunu bildirib:

"Bərpa və məşqlər üçün infrastruktur məsələləri var. Avrokubok matçından 3 gün sonra çempionatda "Lans"la üz-üzə gələcəyik.

Bakıdakı oyundan sonra və ya ertəsi gün Fransaya qayıdacağımızı hələlik bilmirik".

sentyabrın 15-də keçiriləcək "Nant" - "Qarabağ" oyunu saat 20:45-də başlayacaq. Bu gün Liqa 1-in VII turunda "Lorient"in qonağı olacaq "Nant" sentyabrın 18-də "Lans"ı qəbul edəcək.

Digər Xəbərlər
Xəbər Lenti