"Mənim xoşum gəlir" - "Nant"ın hücumçusu "Qarabağ"la oynayacağı üçün sevinir

10 Sentyabr 2022 17:20 Fransa 1 888
"Mənim xoşum gəlir" - "Nant"ın hücumçusu "Qarabağ"la oynayacağı üçün sevinir

"Bütün komandalar kimi hədəfimiz mümkün qədər çox xal toplamaq və qrupdan çıxmaqdır".

Sportinfo.az xəbər verir ki, bunu "Nant"ın futbolçusu Evan Gessan evdə Yunanıstan "Olimpiakos"una 2:1 hesabı ilə qalib gəldikləri Avropa Liqasının G qrupunun I tur oyunu barədə danışarkən deyib.

21 yaşlı fransalı hücumçu 3 gündən bir meydana çıxmağın yorucu olduğunu bildirib:

"Amma istədiyimiz məhz budur. Mənim xoşum gəlir. Böyük turnirlərdə bu anları yaşamaqdan məmnunam".

Liqa 1 təmsilçisi qrupdakı növbəti oyununu Bakıda "Qarabağ"a qarşı keçirəcək. Fransalı forvard Azərbaycana səfər edəcəkləri üçün sevincli olduğunu söyləyib.

Qarşılaşma sentyabrın 15-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!
26 İyun 17:20 Gedənlər: Bu da 5…
26 İyun 16:20 Daha bir yeni müqavilə
26 İyun 04:00 Komandamız çempion oldu