Transfer bazarlığına etiraz etdi, klub prezidentini getməklə hədələdi

8 Sentyabr 2022 14:20 Fransa 959
Transfer bazarlığına etiraz etdi, klub prezidentini getməklə hədələdi

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Nant" baş məşqçisi Antuan Kombuareni istefaya göndərə bilər.

Sportinfo.az xəbər verir ki, Fransa mətbuatında Yunanıstan "Olimpiakos"u ilə ilk tur oyununun nəticəsinin bu məsələni gerçəkləşdirməyə yaxın olduğu bildirilir.

"Nant"ın Fransa çempionatında 6 oyuna cəmi 1 qələbə qazanması, turnir cədvəlində komandanın 13-cü sırada olması klub prezidenti Valdemar Kita ilə münasibətlərin pozulmasına gətirib çıxarıb.

Kombuarenin özü də polşalı klub prezidentini getməklə hədələyib. O, transfer siyasətinin düzgün aparılmadığını bildirib. Hətta bir neçə həftə öncə Lüdovik Blasın komandadan getmə variantı ortaya çıxanda, o, "Lüdonun getdiyini görmək mənim üçün ağlasığmazdır" deyərək rəhbərliyə etirazını bildirib.

"Nant" "Olimpiakos"la bu gün öz meydanında qarşılaşacaq. "Bojuar" stadionundakı görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. "Qarabağ" "Nant"la sentyabrın 15-də evdə, oktyabrın 27-də səfərdə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti