"Münasibətlərimiz bəzən daha isti olur, bəzən daha soyuq olur"

7 Sentyabr 2022 12:20 Fransa 458
"Münasibətlərimiz bəzən daha isti olur, bəzən daha soyuq olur"

PSJ-nin hücumçusu Kilian Mbappe komanda yoldaşı Neymarla arasında gərginlik olduğu barədə yayılan məlumatlara münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, o, forvardla münasibətlərinin hörmətə əsaslandığını deyib:

“6-cı ildir ki, Neymarla birlikdə oynayırıq. Bizim münasibətlərimiz həmişə hörmət üzərində qurulub.

Bəzən daha isti olur, bəzən daha soyuq olur. Münasibətimizin təbiəti budur. Mən ona çox hörmət edirəm.

Sadəcə olaraq, bu cür güclü keyfiyyətlərə malik iki oyunçu arasında qığılcım ola bilər. Amma bu və ya digər şəkildə biz həmişə bir-birimizə hörmət edirik və PSJ-nin maraqlarını düşünürük”.

Digər Xəbərlər
Xəbər Lenti