Yeni hücumçuya 4,4 milyon avro ödədi - "Qarabağ"ın rəqibi

7 Sentyabr 2022 02:20 Fransa 601
Yeni hücumçuya 4,4 milyon avro ödədi -  "Qarabağ"ın rəqibi

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Nant" yeni transferini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, Fransa klubu "Lans"dan İqnatius Qanaqonu transfer edib.

23 yaşlı kamerunlu forvardla 4 illik müqavilə imzalanıb. "Qarabağ"ın rəqibi bu transfer üçün "Lans"a 4,4 milyon avro ödəyib.

“Qarabağ” “Nant”la evdə sentyabrın 15-də, oktyabrın 27-də isə səfərdə üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti