"Qarabağ"a 1,6 milyon avro, "Sent-Etyen"ə penalti qazandırdı - VİDEO

6 Sentyabr 2022 14:20 Fransa 1 514
"Qarabağ"a 1,6 milyon avro, "Sent-Etyen"ə penalti qazandırdı - VİDEO

1,6 milyon avro qarşılığında "Qarabağ"dan "Sent-Etyen"ə keçən İbrahima Vadji Fransa klubunda debüt edib.

Sportinfo.az xəbər verir ki, seneqallı hücumçu Liqa 2-nin 7-ci turunda səfərdə "Pau" ilə matçda oynayıb.

O, meydana 66-cı dəqiqədə daxil olub. Forvard 84-cü dəqiqədə komandasına penalti də qazandırıb. Lenni Pintor isə həmin penaltini qola çevirib.

Nəticədə "Sent-Etyen" məğlubiyyətdən xilas olub - 2:2.

Hazırda turnir cədvəlində "Sent-Etyen" 4 xalla 19-cu sıradadır.

Digər Xəbərlər
Xəbər Lenti