"Qarabağ"dan ayrılan forvard Fransada necə debüt etdi?

6 Sentyabr 2022 01:00 Fransa 4 376
"Qarabağ"dan ayrılan forvard Fransada necə debüt etdi?

"Sent-Etyen"in "Qarabağ"dan transfer etdiyi İbrahima Vadji Fransa Liqa 2-də debüt edib.

Sportinfo.az xəbər verir ki, 27 yaşlı hücumçunun yeni komandasında ilk oyunu VII turun "Pau" ilə səfər matçına təsadüf edib.

Oyuna ehtiyatda başlayan seneqallı forvard 66-cı dəqiqədə Jan-Filipp Krassonun əvəzinə meydana daxil olub.

Həmin vaxt "Sent-Etyen" Etyen Qrinin 64-cü dəqiqədə qırmızı vərəqə almasına baxmayaraq, Lui Mutonun 34-cü dəqiqədə vurduğu qolla öndə olub - 1:0.

Lakin əvəzləmədən cəmi 2 dəqiqə sonra "Pau"nun futbolçusu Anri Seve bərabərlik qoluna imza atıb.

Seve 79-cu dəqiqədə dubl etsə də, 84-cü dəqiqədə Lenni Pintor penaltidən fərqlənərək, yekun nəticəni müəyyənləşdirib - 2:2.

Bu nəticədən sonra "Sent-Etyen" və "Pau" hərəyə 4 xalla 19-20-ci yerləri bölüşür.

İbrahima Vadji "Sent-Etyen"lə avqustun 30-da 3 illik müqavilə bağlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!