Fransa klubu “Qarabağ”a görə yaxşı pul qazanır

4 Sentyabr 2022 01:00 Fransa 2 102
Fransa klubu “Qarabağ”a görə yaxşı pul qazanır

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində rəqiblərindən "Nant"ın avrokubok matçları üçün satışa çıxardığı bilet paketlərinin 21 200-ü alınıb.

Sportinfo.az xəbər verir ki, "Avropa paketləri" adlandırılan kampaniya çərçivəsində 21 200 abonement Avropa Liqasının "Olimpiakos", "Frayburq" və "Qarabağ"la matçlarına bilet əldə edib.

Bunlardan 19 mini hələ püşkatmaya kimi alınıb.

35 322 tamaşaçı tutumuna malik olan "La Bojuar" stadionunun "Luara" adlanan tribunası isə 18 ildən sonra tam dolacaq. Eyni vəziyyət "Erdre" tribunasına da aiddir.

"Nant"ın ictimai gəlirlər şöbəsinin rəhbəri Nikola Şekaççi bundan razı qaldıqlarını bildirib: "Biz belə bir maraq olacağına ümid edirdik".

O bildirib ki, abunə kampaniyası bitdiyindən, artıq hər matç üçün ayrılan biletlər satılacaq.

O artıq "Olimpiakos"la sentyabrın 8-də baş tutacaq ilk matç üçün stadionun tam dolacağına ümid etdiklərini bildirib: "Bir günə 4 mindən çox bilet satmışıq".

"Qarabağ" "Nant"la səfər görüşünə oktyabrın 27-də çıxacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti