"Qarabağ"la bir qrupa düşən "Nant"dan 1:1 - VİDEO

2 Sentyabr 2022 02:50 Fransa 600
"Qarabağ"la bir qrupa düşən "Nant"dan 1:1 - VİDEO

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Nant" Fransa çempionatında növbəti matçını keçirib.

Sportinfo.az xəbər verir ki, onlar "Strasburq"un qonağı olub. Görüş 1:1 başa çatıb. "Nant"ın qolunu Mostafa Mohammad vurub.

"Qarabağ"ın rəqibi Liqa 1-də 5 turdan sonra 6 xalla 9-cu sıradadır.

"Qarabağ" "Nant"la ilk oyunu sentyabrın 15-də Bakıda keçirəcək. Tərəflər arasındakı növbəti matç oktyabrın 27-də Fransada olacaq.

Digər Xəbərlər
Xəbər Lenti