Kamerun millisinin forvardı "Qarabağ"ın önünə çıxacaq – Son transfer

1 Sentyabr 2022 13:40 Fransa 2 993
Kamerun millisinin forvardı "Qarabağ"ın önünə çıxacaq – Son transfer

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Nant" növbəti futbolçu heyətinə qatıb.

Sportinfo.az xəbər verir ki, Fransa klubu "Lans"da oynayan İqnatius Qanaqonu transfer edib.

Kamerun millisinin forvardı olan 23 yaşlı futbolçu artıq tibbi müayinədən keçib.

“Nitsa” yetirməsi olan Qanaqo 2020-ci ildə “Lans”a keçmişdi. Onun Moskva "Spartak"ına keçəcəyi də gündəmdə idi.

“Qarabağ” “Nant”la sentyabrın 15-də evdə, oktyabrın 27-də isə səfərdə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti