"Qarabağ"ın rəqibi 1:1 etdi, baş məşqçisi cəzalandırıldı

1 Sentyabr 2022 00:40 Fransa 731
"Qarabağ"ın rəqibi 1:1 etdi, baş məşqçisi cəzalandırıldı

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində rəqiblərindən olan "Nant" Fransa çempionatda V turun oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, "Nant" səfərdə "Strasbur"un qonağı olub.

Görüş 1:1 hesabı ilə başa çatıb. Meydan sahiblərinin Seneqaldan olan hücumçusu Habib Diallo 28-ci dəqiqədə hesabı açsa da, "Nant"ın misirli forvardı Mustafa Məhəmməd matçda tarazlığı bərpa edib.

Afrikalı 85-ci dəqiqədə fərqlənib. Bu matçda "Nant"ın baş məşqçisi Antuan Kombuare 63-cü dəqiqədə sarı vərəqə də alıb.

"Nant" hazırda 6 xalla 11-ci pillədədir.

Digər Xəbərlər
Xəbər Lenti