Fransanın tanınmış klubu 21 yaşlı gürcünü icarəyə götürdü

31 Avqust 2022 00:20 Fransa 470
Fransanın tanınmış klubu 21 yaşlı gürcünü icarəyə götürdü

Batumi "Dinamo"sunun yarımmüdafiəçisi Zuriko Davitaşvili karyerasını Fransada davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, 21 yaşlı oyunçu mövsümün sonunadək icarə əsasənda "Bordo"da çıxış edəcək.

"Bordo" mövsümün sonunda oyunçunun transfer hüquqlarına da yiyələnə bilər.

Tbilisi "Dinamo"sunun yetirməsi olan Davitaşvili Gürcüstan millisinin də üzvüdür. Onun Batumi təmsilçisi ilə müqaviləsinin müddəti 2024-cü ilin yayına qədərdir

Digər Xəbərlər
Xəbər Lenti