"Qarabağ"ın rəqibi Liqa 1-də ilk qələbəsini qazandı - VİDEO

29 Avqust 2022 00:40 Fransa 674
"Qarabağ"ın rəqibi Liqa 1-də ilk qələbəsini qazandı - VİDEO

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Nant" Fransa Liqa 1-də IV turun oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, rəqib "Tuluza" olub.

"Bojuar" stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:1.

Hesabı 15-ci dəqiqədə Zakariya Abuhlyal açsa da, Evann Gessand 50-ci, Mustafa Məhəmməd 55-ci və Moyzes Simon 61-ci dəqiqədə fərqlənərək, "Nant"ın çempionatda ilk qalibiyyətini təmin edib.

Bununla da Antuan Kambuarenin baş məşqçi olduğu kollektiv xalını 5-ə yüksəldib və 10-cu pillədə qərarlaşıb. Eyni xala malik "Tuluza" isə 9-cudur.

"Qarabağ" "Nant"la sentyabrın 15-də evdə, oktyabrın 27-də isə səfərdə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!