"Məsələ ona gələn kimi insanlar dərhal milçəyi şişirdib fil edirlər"

29 Avqust 2022 00:00 Fransa 681
"Məsələ ona gələn kimi insanlar dərhal milçəyi şişirdib fil edirlər"

PSJ-nin prezidenti Nasser Əl-Xəlaifi futbolçuları Kilian Mbappe və Neymar arasında olan gərginlik barədə danışıb.

Sportinfo.az xəbər verir ki, o deyib:

"Problem yoxdur. Bunları yazan siz mətbuat işçilərisiniz, düzdürmü? Bizim üçün belə şeylər ciddi deyil. Biz qardaşımız və ya bacımızla da mübahisə edə bilərik.

Bu, normaldır. Amma məsələ Kiliana gələn kimi insanlar dərhal milçəyi şişirdib fil edirlər. Onlar yaxşı dost, yaxşı tərəfdaşdırlar. Həmişə də belə olacaqlar”.

Daha əvvəl Mbappenin klub rəhbərliyindən Neymarı komandadan göndərmələrini istədiyi barədə məlumatlar yayılmışdı.

Digər Xəbərlər
Xəbər Lenti