"Barselona"nın istədiyi futbolçu üçün 70 milyon avro təklif edəcək - PSJ

21 Avqust 2022 00:10 Fransa 503
"Barselona"nın istədiyi futbolçu üçün 70 milyon avro təklif edəcək - PSJ

"Mançester Siti"nin yarımmüdafiəçisi Bernardo Silva daha bir Avropa nəhənginin transfer siyahısına düşüb.

Sportinfo.az xəbər verir ki, PSJ portuqaliyalı futbolçunu transfer etmək istəyir.

Bu barədə "Times" nəşri məlumat yayıb. Xəbərdə qeyd olunub ki, Paris təmsilçisi 28 yaşlı oyunçu üçün 70 milyon avro təklif etməyə hazırdı.

Bernardo Silva ilə "Barselona"da yaxından maraqlanır. "Şəhərlilər" təcrübəli futbolçu üçün 100 milyon avro tələb edir.

"Mançester Siti" Bernardo Silvanı 2017-ci ilin yayında "Monako"dan 50 milyon avroya transfer edib.

Portuqaliya millisinin üzvü son mövsümdə İngiltərə klubunun heyətində meydana çıxdığı 50 matçda 13 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2025-ci ilin yayına kimidir.

Digər Xəbərlər
Xəbər Lenti