İspaniyalı müdafiəçi transfer etdi – 3 illik müqavilə, 1,5 milyon maaş

15 Avqust 2022 22:00 Fransa 1 027
İspaniyalı müdafiəçi transfer etdi – 3 illik müqavilə, 1,5 milyon maaş

Son Türkiyə çempionu olan "Trabzonspor" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, Qara Dəniz təmsilçisi "Betis"dən Mark Bartranı transfer edib.

Bu barədə "bordo-mavilər"in mətbuat xidməti məlumat yayıb.

İspaniyalı müdafiəçi ilə 3 illik müqavilə imzalanıb. 31 yaşlı mərkəz müdafiəçisi Türkiyə klubunda illik 1,5 milyon avro maaş (700 min avro bonus) alacaq. "Trabzonspor" ispaniyalı futbolçu üçün qarşı tərəfə 1,2 milyon avro ödəyəcək.

Qeyd edək ki, Mark Bartra "Betis"ə 2018-ci ilin yanvar ayında Dortmund "Borussiya"sından transfer olunmuşdu

. Təcrübəli müdafiəçi son mövsümdə La Liqa klubunun heyətində meydana çıxdığı 32 matçda 2 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi