Mbappe Neymarın satılmasını istədi – Münasibətləri gərgindir

15 Avqust 18:40 Fransa 376
Mbappe Neymarın satılmasını istədi – Münasibətləri gərgindir

PSJ-nin ulduzu Kilian Mbappe klubdan komanda yoldaşı Neymarı satmalarını istəyib.

Sportinfo.az xəbər verir ki, bu barədə GFFN məlumat yayıb.

23 yaşlı hücumçu artıq məsələyə görə Paris təmsilçisinin rəhbərliyinə də müraciət edib. Mbappenin yaxınları da oyunçunun bu yay müqaviləsinin yenilənməsindən sonra Neymarın satılması üçün çalışır.

Bir müddətdir ki, 2 futbolçu arasında gərginlik yaşanır. Onların münasibətləri əvvəlki kimi möhkəm deyil.

Mbappe son 5 ildə 30 yaşlı forvarddan çox şey öyrəndiyinə inanır. Lakin indi o, digər komanda yoldaşı Lionel Messinin təcrübəsindən yararlanmaq istəyir.

Neymar və Mbappe 2017-ci, Messi isə 2021-ci ildən PSJ-də oynayır.

Digər Xəbərlər
Xəbər Lenti