Yeni baş məşqçi ilə müqavilə təsdiqini tapmadı – Problem nədədir?

7 Avqust 2022 10:20 Fransa 502
Yeni baş məşqçi ilə müqavilə təsdiqini tapmadı – Problem nədədir?

Fransa Futbol Federasiyası PSJ-nin yeni baş məşqçisi Kristof Qaltyenin müqaviləsini təsdiq etməyib.

Sportinfo.az xəbər verir ki, bu barədə "L`Equipe" məlumat yayıb.

Qurumun qərarına səbəb UEFA Pro lisenziyası ilə bağlı problemlər olub. 55 yaşlı mütəxəssis iyul ayında Paris klubunun başına keçib.

Çalışdırıcı Pro lisenziyasını təsdiq etməli idi. Bu isə hər 3 ildə bir dəfə edilməlidir.

Qaltye hazırkıdurumda tələbləri tez bir zamanda yerinə yetirmək üçün yazılı öhdəlik götürərək federasiyaya müraciət etməli olacaq.

Ehtimal edilir ki, bu, növbəti beynəlxalq fasilələrdən birinə qədər baş verəcək.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!