PSJ 15 milyon avro ödədi, 5 illik müqavilə imzaladı

6 Avqust 2022 10:20 Fransa 636
PSJ 15 milyon avro ödədi, 5 illik müqavilə imzaladı

Fransa çempionu PSJ heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, Liqa 1 nəhəngi “Lill”dən Renato Sançesi transfer edib.

24 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Parislilər bu transfer üçün “Lill”ə 15 milyon avro ödəyiblər.

Renato Sançes Portuqaliyanın “Benfika” klubunun yetirməsidir. Yarımmüdafiəçi 2016-cı ildə 35 milyon avro qarşılığında bu klubdan Almaniya nəhəngi “Bayern”ə transfer olunub.

Lakin bu komandada ümidləri doğrultmadığı üçün bir mövsüm “Suonsi”yə icarəyə verilib. 2019-cu ildə isə “Lill” 20 milyon avro qarşılığında onu öz heyətinə qatıb.

“Lill”də 3 mövsüm ərzində 91 matça çıxan portuqaliyalı futbolçu, 7 qol da vurub. O, Portuqaliya yığmasında da 32 oyun keçirib və 3 qola imza atıb.

PSJ bu yay Renatodan öncə Vitinya, Nordi Mukiele və Hüqo Ekitikeni də heyətinə qatmışdı.

Renatonu Paris klubuna satan “Lill” də Ukraynanın “Şaxtyor” (Donetsk) klubundan ayrılan braziliyalı futbolçu İsmailini heyətinə qatıb.

Azad agent statusunda olan 32 yaşlı sol cinah müdafiəçisi ilə 1+1 illik müqavilə imzalanıb. Onun yeni komandasında 31 nömrəli formanı geyinəcəyi diqqətə çatdırılıb.

İsmaili 2013-cü ildən “Şaxtyor”da çıxış edirdi. O, bu komandada 204 oyuna çıxıb, 16 qol vurub. Təcrübəli futbolçu daha öncə “İvinhema”, “Desportivo Brazil”, “San Bento”, “Eştoril”, “Olhanense” və “Braqa”da da forma geyinib.

Digər Xəbərlər
Xəbər Lenti