"Messini gördüm, onunla bir il keçirdim - Təbii ki, bəxtim gətirdi"

3 Avqust 2022 00:20 Fransa 542
"Messini gördüm, onunla bir il keçirdim - Təbii ki, bəxtim gətirdi"

PSJ-nin sabiq baş məşqçisi Maurisio Poçettino hücumçu Lionel Messi ilə işləməkdən danışıb.

Sportinfo.az xəbər verir ki, argentinalı mütəxəssis, 35 yaşlı həmyerlisini dünyanın ən yaxşı futbolçusu adlandırıb:

“Messinin PSJ-yə keçməsi xəbəri xoş sürpriz olmuşdu. Onu yaxından görmüşəm, birlikdə işləmişik.

Maradonanı gördüm, Messini gördüm, onunla bir il keçirdim. Təbii ki, bəxtim gətirdi. Futbolu sevən hamı üçün ən yaxşılarla işləmək şansı bir nemətdir”.

Poçettino, PSJ-nin hücumçusu Kilian Mbappenin perspektivi haqda da fikirlərini bölüşüb:

“Şübhə yoxdur ki, Messi dünyanın ən yaxşı oyunçusudur. Ondan sonra Mbappe taca iddialı olacaq. Mənim üçün ən yaxşılardan biri olan Neymar da var”.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"