PSJ Fransa Super Kubokunu darmadağınla əldə etdi - VİDEO

1 Avqust 2022 10:00 Fransa 691
PSJ Fransa Super Kubokunu darmadağınla əldə etdi - VİDEO

İsrailin paytaxtı Təl-Əvivdəki "Blümfild" stadionunda PSJ və "Nant" arasında Fransa Super Kuboku uğrunda oyun keçirilib.

Sportinfo.az xəbər verir ki, matç Paris klubunun böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:0.

Hesabı 22-ci dəqiqədə Lionel Messi açıb. 45+5-ci dəqiqədə Neymar fərqi artırıb.

57-ci dəqiqədə Serxio Ramos PSJ-nin üçüncü qolunu vurub. Son nöqtəni isə 82-ci dəqiqədə Neymar dəqiq penalti zərbəsi ilə qoyub.

Mövsümlərarası fasiləsində PSJ-də baş məşqçi dəyişikliyi gerçəkləşib. Komandanı tərk edən argentinalı Maurisio Poçettinonu fransalı Kristof Qaltye əvəzləyib.

Digər Xəbərlər
Xəbər Lenti