Məşhur hücumçu İtaliya klubunu “Marsel”ə dəyişdi

30 İyul 2022 01:30 Fransa 786
Məşhur hücumçu İtaliya klubunu “Marsel”ə dəyişdi

"İnter"in futbolçusu Aleksis Sançes karyerasını Fransada davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, çilini hücumçu "Marsel"lə razılığa gəlib.

Yaxın günlərdə bu transferin açıqlanacağı gözlənilir.

2019-cu ildə "Mançester Yunayted"dən "İnter"ə keçən Sançes bu müddətdə bütün turnirlərdə 108 oyuna 20 qol vurub, 23 qol ötürməsi edib.

Digər Xəbərlər
Xəbər Lenti
18 İyul 18:10 Çək və bizə göndər!