Milli Olimpiya və İdman Komitəsi klubun apelyasiya şikayətini təmin etdi

27 İyul 2022 10:00 Fransa 382
Milli Olimpiya və İdman Komitəsi klubun apelyasiya şikayətini təmin etdi

Fransa Milli Olimpiya və İdman Komitəsi "Bordo"nun apelyasiya şikayətini təmin edib.

Sportinfo.az xəbər verir ki, bu barədə "L'Equipe" nəşri məlumat yayıb.

Daha əvvəl klub maliyyə yoxlamasından keçə bilməyib və iyunun 14-də komanda ölkənin üçüncü güclü liqasına göndərilib.

"Bordo" rəhbərliyi apellyasiya şikayəti verib, lakin rədd cavabı alıb. Buna görə də klub daha yüksək orqan - Fransa Milli Olimpiya və İdman Komitəsinə etiraz edib.

Nəticədə "Bordo" ölkənin ikinci ən güclü iştirak etmək icazəsi verilib. İndi Fransa Futbol Federasiyasının bu qərarı təsdiqləməsi zəruridir.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"