"Qalatasaray" 250 min aldı, hücumçusunu icarəyə verdi

22 İyul 2022 18:40 Fransa 760
"Qalatasaray" 250 min aldı, hücumçusunu icarəyə verdi

"Qalatasaray" hücumçusu Mustafa Məhəmmədi icarəyə verib.

Sportal.az xəbər verir ki, misirli forvard 2022/2023 mövsümün icarə əsasında "Nant"da keçirəcək.

Liqa 1 klubu "Qalatasaray"a 250 min avro icarə haqqı ödəyib. "Nant" 2023-cü ilin yayında 6 milyon avro ödəyərək 25 yaşlı qolçunu birdəfəlik transfer edə bilər.

Mustafa Məhəmməd "Qalatasaray"a 2021-ci ilin fevral ayında "Zamalek"dən transfer olunub.

Misir yığmasının üzvü son mövsümdə "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 41 oyunda 8 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi