Fransa klubu Adil ilə 1 illik müqavilə bağladı

14 İyul 2022 01:50 Fransa 699
Fransa klubu Adil ilə 1 illik müqavilə bağladı

Fransa millisinin sabiq müdafiəçisi Adil Rami “Trua” ilə yeni müqavilə bağlayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.

36 yaşlı futbolçu ilə yeni müqavilənin müddəti 2023-cü ilin yayına qədərdir. Tərəflər arasındakı əvvəlki sözləşmə bu yaya qədər idi.

Adil Rami ötən ilin avqustundan “Trua”da forma geyinir. O, daha öncə “Boavişta”, “Fənərbaxça”, “Olimpik” (Marsel), “Sevilya”, “Milan”, “Valensiya”, “Lill” və “Frejus”da da çıxış edib. Fransa yığmasında 36 oyun keçirmiş futbolçu, 1 qol da vurub.

“Trua” Braziliyanın “Atletiko” (Mineyro) klubunun hücumçusu Savio Moreyranı (Savinyo) da transfer edib.

Fransa klubu bu keçidə görə Braziliya təmsilçisinə 6.5 milyon avro ödəyib. 18 yaşlı futbolçu oyun təcrübəsi qazanması üçün Niderlandın PSV klubuna icarəyə verilib.

Savio Moreyra 2020-ci ildən “Atletiko”nun əsas komandasında çıxış etməyə başlayıb. O, bu komandada 35 oyuna 2 qol vurub. Gənc forvard Braziliyanın U-15, U-17 və U-20 yığmalarında da oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti