“Burada kiməsə nəsə öyrətmək fikrində deyiləm” – Yeni transfer

10 İyul 2022 01:40 Fransa 418
“Burada kiməsə nəsə öyrətmək fikrində deyiləm” – Yeni transfer

PSJ-nin yeni transferi Vitinya Paris klubu ilə Çempionlar Liqasını qazanmaq istədiyini deyib.

Sportinfo.az xəbər verir ki, o, qələbə qazanmaq üçün hər şey edilməli olduğunu bildirib:

“Portu” Çempionlar Liqasını qazananda mən heyətdə deyildim. Burda kiməsə nəsə öyrətmək fikrində deyiləm.

Sadəcə olaraq, komandaya çempion olmaqda kömək etməliyəm. PSJ-nin iştirak etdiyi bütün turnirlər bizim qələbələrimiz üçün yaradılıb.

Çempionlar Liqası da onlardan biridir. Orda oynamaq bir xəyaldır. Qələbə qazanmaq üçün hər şey edilməlidir”.

Vitinya iyulun 1-də “Portu”dan PSJ-yə keçib. 22 yaşlı portuqaliyalı futbolçu Paris klubu ilə 2027-ci ilə qədər nəzərdə tutulan müqavilə imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti