Bir ayağı “Yuventus”dadır - PSJ-dən ayrılacaq

2 İyul 2022 12:00 Fransa 755
Bir ayağı “Yuventus”dadır - PSJ-dən ayrılacaq

PSJ-nin müdafiəçisi Presnel Kimpembe klubu tərk edəcək.

Sportinfo.az Fransa mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı fransalı “Yuventus”la müqavilə imzalaya bilər.

Niderlandlı müdafiəçi Matteys de Liqt Turin klubunu tərk edərsə, Kimpembe karyerasını A Seriyasında davam etdirəcək.

Daha əvvəl 22 yaşlı Matteys de Liqtlə “Çelsi”nin maraqlandığı bildirilirdi.

Kimpembe ötən mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 41 oyuna çıxıb və 2 qol vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti