PSJ-dən ayrılan ulduz bu kluba keçdi

27 İyun 2022 21:40 Fransa 986
PSJ-dən ayrılan ulduz bu kluba keçdi

PSJ-dən ayrılan Anhel di Mariya karyerasını "Yuventus"da davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə goal.com məlumat yayıb. 34 yaşlı yarımmüdafiəçi Turin təmsilçisinin bir illik təklifini qəbul edib. İndi tərəflər son detalları həll edirlər.

Futbolçu DÇ-2022-nin oynamaq üçün bir mövsümü Avropada keçirib, daha sonra vətəni Argentinaya qayıtmaq istəyirdi.

Qeyd edək ki, Di Mariya geridə qalan mövsüm PSJ-də 31 oyunda 5 qol vurub və 8 qolun ötürməsini verib.

Digər Xəbərlər
Xəbər Lenti