Görün, Messi PSJ-yə ildə nə qədər pul qazandırır – FANTASTİK MƏBLƏĞ!

24 İyun 2022 15:40 Fransa 880
Görün, Messi PSJ-yə ildə nə qədər pul qazandırır – FANTASTİK MƏBLƏĞ!

Argentinalı hücumçu Lionel Messi PSJ-yə ildə təxminən 700 milyon avro qazandırır.

Sportinfo.az xəbər verir ki, bura imic hüquqları, marketinq və sair gəlirlər daxildir.

35 yaşlı Messinin transferi həm də, PSJ-yə 10 yeni sponsorluq müqaviləsi bağlamağa və klubun sosial şəbəkədəki abunəçilərinin sayını ilk dəfə olaraq 15 milyon artırmağa imkan verib.

Bu gün Messi 35 yaşını qeyd edir. O, 2021-ci ilin yayında azad agent kimi parislilərə qoşulub.

Messi PSJ-nin heyətində 34 matçda 11 qol vurub və 15 məhsuldar ötürmə edib. Tərəflər arasında bağlanan müqavilə daha bir il müddətinə qüvvədədir.

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2025 20:00 Çək və bizə göndər!
31 Dekabr 2025 14:50 "Sportinfo TV”də GÜNDƏM
31 Dekabr 2025 08:30 Bayram günlərinin PROQNOZU
31 Dekabr 2025 08:00 Yanvarda hava necə olacaq?
31 Dekabr 2025 07:30 Bu cərimələr artırılır