UEFA-ya şikayət etdilər – Maliyyə pozuntusuna görə

16 İyun 2022 00:00 Fransa 452
UEFA-ya şikayət etdilər – Maliyyə pozuntusuna görə

La Liqa PSJ-dən UEFA-ya şikayət edib.

Sportinfo.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Şikayət klub tərəfindən iddia edilən maliyyə fair-play pozuntuları ilə bağlıdır.

Qurum "Parislilər mövcud maliyyə feyr-pley qaydalarını ardıcıl olaraq pozduqları üçün əlavə hüquqi tədbirlər görülməlidir" deyə bildirib. İspaniya liqasının rəsmiləri ötən həftə PSJ-yə qarşı şikayət etdiklərini qeyd ediblər.

Bundan əvvəl La Liqanın rəhbəri Xavyer Tebas UEFA-ya "Yuventus" və "Mançester Siti"dən də şikayət etmişdi .

Digər Xəbərlər
Xəbər Lenti